Ramin Musayev: “Elə oyunlar izləyirik ki, o matçların nəticələri gözlənilməz olur”

“Bu gün Azərbaycan kubokunun püşkatmasıdır. Bu münasibətlə klublarımızı təbrik edirəm”.

Komanda.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. O, Azərbaycan kubokunda 2021/22 mövsümünün püşkatma mərasiminə qatılıb. Musayev mərasimin açılışında bunları söyləyib:

“Düşünürəm ki, bu il ötən mövsümdəkindən daha maraqlı oyunlar olacaq. Çempionatın gedişindən belə qənaətə gəlirəm. Elə oyunlar izləyirik ki, o matçların nəticələri gözlənilməz olur. Bunun davamı inşallah, kubokda da gələcək. Ötən mövsüm “Keşlə”nin kuboku qazanması heç kimin ağlına gəlməzdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button