Bundesliqanın çempionu müəyyənləşdi

Avstriya Bundesliqasında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, Bundesliqanın çempionluq qrupunun 7-ci həftəsində səfərdə Vyana təmsilçisi “Avstriya”nı məğlub edən “Zalsburq”, sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

0:1 hesabıyla geriyə düşdüyü oyunda 81 və 86-cı dəqiqələrdə vurulan qollarla qalib gələn “buğalar”, ən yaxın izləyicisi LASK-ı 9 xal qabaqlayıb.

“Zalsburq”, bununla da, ardıcıl 6-cı, ümumilikdə isə 13-cü dəfə Bundesliqada çempionluq yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button