Bundesliqada klubunu dəyişdi

Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bayer”dən qapıçı Lennart Qrilli icarəyə götürüb.

Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı qapıçı 2022/23 mövsümünün sonuna kimi “Union Berlin”də çıxış edəcək.

Lennart Qrill “Kayzerslautern” klubunun yetirməsidir. Peşəkar karyerasına da məhz bu komandada başlamış almaniyalı qolkiper, 2020-ci ildə “Bayer”ə transfer olunub. Lakin o, Leverkuzen klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən futbolçu ötən mövsümü icarə əsasında Norveçin “Brann” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button