“Ştutqart”ın hücumçusu qışda “Milan”a keçə bilər

“Ştutqart”ın hücumçusu Seru Qirassi qış transfer pəncərəsində “Milan”a transfer oluna bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu qvineyalı forvardın transferi üzərində yaxın vaxtlarda işləri intensivləşdirməyi planlaşdırır. Futbolçu ilə “Milan”dan başqa, “Nyukasl”, “Mançester Yunayted” və “Borussiya” (Dortmund) klubları da maraqlanır.

Qirassinin “Ştutqart”la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. 27 yaşlı futbolçu 2023/24 mövsümündə Bundesliqada 14 oyun keçirib, 17 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button