Bundesliqa klubundan iki transfer

Bundesliqada geridə qalan mövsümü 4-cü sırada bitirən və UEFA Çempionlar Liqasında iştirak hüququ qazanmış “Union Berlin” heyətini gücləndirməyə başlayıb.

Komanda.az xəbər verir ki, sözügedən klub Çexiya millisinin dayaq yarımmüdafiəçisi Aleks Kralı heyətinə qatıb.

Müqavilə ilə Rusiyanın “Spartak” (Moskva) klubuna məxsus olan 25 yaşlı futbolçu bir mövsümlük icarəyə götürülüb.

Kral 2019-cu ildən “Spartak”da çıxış edir. 2021/2022 mövsümünü İngiltərənin “Vest Hem” komandasında icarədə keçirmiş Kral, 2022/2023 mövsümündə də “Şalke”də icarə əsasında çıxış edib. O, bu komandanın heyətində 31 oyunda iştirak edib, 1 məhsuldar ötürmə edib.

“Union Berlin” 2022-ci ilin yayında “Portu”dan icarəyə götürdüyü Dioqo Leyteni da heyətində saxlayıb. Almanlar mövsümün əvvəlində bu oyunçunu satınalma şərti ilə icarəyə götürmüşdülər. Artıq onun transfer hüquqları da alınıb. “Union Berlin” bunun üçün Portuqaliya klubuna 7,5 milyon avro ödəyib. Portuqaliyadan olan 24 yaşlı futbolçu geridə qalan mövsümdə “Union Berlin”də 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button