Buffon ÇL tarixində üçüncü oldu

Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edən PSJ-nin qapıçısı Canluici Buffon, turnirin tarixinə keçib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı qolkiper “quru oyunlar”da 50 qol həddinə çatan üçüncü qapıçı olub. O, qitənin ən nüfuzlu klub turnirində keçirdiyi 121 oyunun 50-də qapısını toxunulmaz saxlamağı bacarıb.

İtaliyalı qapıçı bu baxımdan İker Kasilyas və Edvin van der Sardan geri qalır. “Portu”nun qapıçısı Kasilyas Çempionlar Liqasında keçirdiyi 174 oyundan 57-də qapısını toxunulmaz saxlayıbsa, Hollandiya millisinin keçmiş qolkiperində bu göstərici 98 oyunda 51 qoldur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button