“Bu qələbəyə layiq idik” – Martines

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Slovakiya yığması üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını bildirib:

“Nəticəyə görə xoşbəxtəm, yaratdığımız şansların sayından razıyam. İlk hissədə çox yaxşı Portuqaliya komandası gördük. Üstünlük əldə etmək və qol vurmaqda davam etmək istəyirdik, amma özümüzü çox açdıq. Slovakiyanın qapısına dörd, bizə isə on iki zərbə oldu. Çoxlu şansları əldən verdik, amma yenə də, bu qələbəyə layiq idik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button