“Bu komandaya hər kəs böyük hörmət etməlidir”

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Barselona”ya 4:0 hesabı ilə qalib gələn “Liverpul”un hücumçusu Divok Origi, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandasının iki qolunun müəllifi olan belçikalı futbolçu, qələbəni belə şərh edib:

“Möhtəşəm bir komanda olduğumuzu bilirdik. Hər ötürmə üçün döyüşdük və mükəmməl mübarizə apardıq. “Enfild Roud”da oynamaq çətindir, bunu gördülər. Hamımız birlikdə bacardıq. Bunu necə izah edim, bilmirəm.

Oyun ərzində bəzi risklər etdik və meydanda ürək qoyduq. Hər kəs bu işin bir parçası idi. Bu komandaya hər kəs böyük hörmət etməlidir. Sadəcə zehni güclə bunu bacardıq. Bu, çox gözəl idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button