“Bu klubda heç kim Cerrardın yerini tuta bilməz” – Henderson

“Liverpul”un kapitanı Cordan Henderson açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın keçmiş kapitanı Stiven Cerrard haqqında danışan Henderson, bunları deyib:

“Komandada kapitanlıq rolunu üzərimə götürüb, o sarğını qoluma taxanda, insanlar məni tənqid etdilər. Bunu o vaxt demişdim, bu klubda heç kim Cerrardın yerini tuta bilməz. Kapitan kim olursa olsun, belə bir şey olmayacaq. Kapitan olarkən, fikrimdə onun yerini tutmaq yox idi. Sadəcə, bu klub və komanda üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirdim.

Cerrard üçün Premyer Liqa çempionluğunun nə qədər vacib olduğunu bilirəm. 2014-cü ildə çempion ola bilməyəndə, çox üzülmüşdüm. Amma bilirəm ki, indi o, Premyer Liqanın qalibi olduğumuz üçün çox xoşbəxtdir və qürur duyur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button