“Lester” sadəcə möhtəşəmdir” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının yarımfinalında “Lester”lə matçdan əvvəl açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi, “Lester”in qazandığı uğurlara diqqət çəkib:

“Lester”in etdikləri inanılmazdır. Bu komandanın 2016-cı ildə İngiltərə Premyer Liqasını qazanaraq etdikləri heyrətamizdir. “Lester” sadəcə möhtəşəmdir. Rəqibin baş məşqçisi Brendan Rocers məni təəccübləndirmir. Ümid edirəm ki, oyun onlar üçün deyil, bizim üçün yaxşı nəticələnəcək”.

“Roma” – “Lester” oyunu bu gün keçiriləcək və saat 23:00-da başlayacaq. İlk görüşdə 1:1 hesabı qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button