“Daha çox qol vurmağımızı istəyərdim” – Klopp

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub edən “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, alman mütəxəssis, oyundan razı qaldığını bildirib:

“Çox yaxşı oyun oldu. Bu, indiyədək oynadığımız ən yaxşı derbilərdən biri idi. Oyuna əsasən biz nəzarət edirdik. Xüsusilə, ilk hissədən razıyam. Olduqca yaxşı oynadıq, futbolçular rəqibin boşluqlarından istifadə etməyi bacardılar. Daha çox qol vurmağımızı istəyərdim. Oyunun sonunda isə Alisson Bekkerin möhtəşəm ötürməsi və Məhəmməd Salahın əla qolu oldu.

Stadiondakı atmosfer möhtəşəm idi. Tribuna ilə meydandakı atmosfer arasındakı münasibəti sevirəm. Onlar bir-birlərinə kömək edirlər. Yaxşı oynamasaydıq, atmosfer belə olmazdı. Eyni zamanda, atmosfer belə olmasaydı, yaxşı oynaya bilməzdik”.

Premyer Liqada bir oyun az keçirən “Liverpul” 64 xalla turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “Mançester Siti”dən 16 xal irəlidədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button