Konfrans Liqası: Pley-off mərhələsinə yekun vuruldu

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” də növbəti oyunlarına bu gün çıxıb. “Qarabağ” Şotlandiyada “Aberdin”in, “Neftçi” isə İsraildə Hayfa “Makkabi”sinin qonağı olub. Qalib gələn Ağdam klubu mərhələ adlayıbsa, məğlubiyyətə üzülən paytaxt təmsilçisi də mübarizəni dayandırıb.

“Trabzonspor” (Türkiyə) komandası səfərdə İtaliya “Roma”sı ilə üz-üzə gəlib və darmadağınü üzülüb. Türkiyənin digər təmsilçisi “Sivasspor” da “Kopenhagen”ə biabırçı hesabla uduzaraq mübarizəni dayandırıb.

İngiltərənin “Tottenhem” komandası doğma meydanda Portuqaliya “Pasuş de Fereyra”sını qəbul edib. Komandalar arasında Portuqaliyada baş tutan görüşdə “Tottenhem” 0:1 hesabıyla uduzmuşdu. Cavab görüşündə 3 cavabsız qola sevinən London klubu, mərhələ adlayan tərəf olub.

Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunları

26 avqust

Kayrat (Qazaxıstan) – Fola (Lüksemburq) 3:1
İlk oyun 4:1

Jilina (Slovakiya) – Yablonets (Çexiya) 0:3
İlk oyun 1:5

Linkoln (Cəbəllütariq) – Riqa (Latviya) 3:1
İlk oyun 1:1

Bude-Qlimt (Norveç) – Jalqiris (Litva) 1:0
İlk oyun 2:2

Anortosis (Kipr) – Hapoel (Beer-Şeva, İsrail) 3:1
İlk oyun 0:0

Roma (İtaliya) – Trabzonspor (Türkiyə) 3:0
İlk oyun 2:1

Kopenhagen (Danimarka) – Sivasspor (Türkiyə) 5:0
İlk oyun 2:1

Elfsborq (İsveç) – Feyenoord (Niderland) 3:1
İlk oyun 0:5

Vitess (Niderland) – Anderlext (Belçika) 2:1
İlk oyun 3:3

Rusenborq (Norveç) – Renn (Fransa) 1:3
İlk oyun 0:2

ÇSKA (Bolqarıstan) – Viktoriya (Çexiya) 3:0
İlk oyun 0:2

Hammarbü (İsveç) – Bazel (İsveçrə) 3:1 (penaltilə 3:4)
İlk oyun 1:3

Makkabi (Hayfa, İsrail) – Neftçi 4:0
İlk oyun 3:3

Makkabi (Təl-Əviv, İsrail) – Şaxtyor (Qazaxıstan) 2:0
İlk oyun 2:1

Gent (Belçika) – Rakuv (Polşa) 3:0
İlk oyun 0:1

Riyeka (Xorvatiya) – PAOK (Yunanıstan) 0:2
İlk oyun 1:1

Sent-Conston (Şotlandiya) – LASK (Avstriya) 0:2
İlk oyun 1:1

Yunion (Almaniya) – KuPS (Finlandiya) 0:0
İlk oyun 4:0

Tottenhem (İngiltərə) – Pasuş de Fereyra (Portuqaliya) 3:0
İlk oyun 0:1

Aberdin (Şotlandiya) – Qarabağ 1:3
İlk oyun 0:1

Şemrok Rovers (İrlandiya) – Flora (Estoniya) 0:1
İlk oyun 2:4

Partizan (Serbiya) – Santa-Klara (Portuqaliya) 2:0
İlk oyun 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button