Çempionlar Liqası: Mahir “Legiya”dakı rəsmi debüt matçında dubl etdi

Bu gün UEFA Çempionlar Liqasında yeni mövsümün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma keçirilib. Macarıstanın “Ferentsvaroş” komandası Kosovo təmsilçisi “Priştina”nı qəbul edib və darmadağına sevinib. Rumıniyanın ÇFR komandası isə Bosniya və Herseqovina “Borats”ı ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” ilk oyununa bu gün çıxıb. “Ağ-qaralar” Gürcüstan səfərində Tbilisi “Dinamo”su ilə qarşılaşıb və qalib gəlib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da ilk matçını bu gün keçirib. Polşa təmsilçisi səfərdə Norveçin “Bude-Qlimt” komandasının qonağı olub. Mahir bu görüşə start heyətdə başlayıb. Komandasının iki qolunu məhz Emreli vurub. O, 79-cu dəqiqədə əvəzlənib.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

6 iyul

Ferentsvaroş (Macarıstan) – Priştina (Kosovo) 3:0

Flora (Estoniya) – Hamrun Spartans (Malta) 2:0

HİK (Finlandiya) – Buduçnost (Monteneqro) 3:1

ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina) 3:1


Jalgiris (Vilnüs, Litva) – Linfild (Şimali İrlandiya) 3:1


Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq) 2:2

Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya) 0:1

7 iyul

Dinamo (Tbilisi, Gürcüstan) – Neftçi (Azərbaycan) 1:2
Qol
: Z.Maruşiç, 36 – N.Ələsgərov, 23. E.Mahmudov, 57-pen.

Bude-Qlimt (Norveç) – Legiya (Polşa) 2:3
Qol
: Botheym, 45+1. Pernambuko, 78 – Lukinyas, 2. M.Emreli, 41; 61.

Slovan (Slovakiya) – Şemrok Rovers (İrlandiya) 2:0

Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya) 3:2

Ludoqorets (Bolqarıstan) – Şaxtyor (Belarus) 1:0

Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) 1:1

Malmö (İsveç) – Riqa (Latviya) 1:0

Teuta (Albaniya) – Şerif (Moldova) 0:4

Konnah (Uels) – Alaşkert (Ermənistan) 2:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button