Çempionlar Liqası: “Barselona”dan ilk qələbə, “Çelsi” və “Bayern”dən darmadağın

Dünən UEFA Çempionlar Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları keçirilib.

A qrupunda yer alan “Mançester Siti” Belçikada “Brügge”nin qonağı olub və darmadağına sevinib. Qrupun digər matçında Fransa PSJ-si doğma meydanda Almaniyanın “Leyptsiq” komandası üzərində çətinliklə qələbə qazanıb.

Türkiyənin turnirdəki təmsilçisi “Beşiktaş” C qrupu çərçivəsində Portuqaliyanın “Sportinq” komandasına məğlub olub. Qrupun digər matçında Dortmund “Borussiya”sı Niderland səfərində “Ayaks”a böyük hesabla uduzub.

Günün maraqla gözlənilən qarşılaşması İspaniyada olub. Madrid “Atletiko”su burda İngiltərənin “Liverpul” komandasının müqavimətini qırmağa çalışsa da, məğlubiyyətlə üzləşib. Qrupun digər matçında “Milan” “Portu”ya uduzub.

Qrup mərhələsinin digər oyunları bu gün keçirilib. E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan “Barselona” Kiyev “Dinamo”sunu qəbul edib və minimal hesabla qalib gəlib. Almaniya çempionu “Bayern” isə Portuqaliyada “Benfika”nı darmadağın edib.

F qrupunda “Mançester Yunayted” İngiltərədə “Atalanta”nı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Digər qarşılaşma “Yanq Boyz”la “Vilyarreal” arasında keçirilib. Bu oyunda isə qonaqlar qələbəni bayram ediblər.

G qrupunda “Volfsburq” Avstriyada “Zalsburq”la, “Sevilya” isə Fransada “Lill” ilə üz-üzə gəlib. Avstriyada meydan sahibləri qələbəyə sevinən tərəf olubsa, Fransadakı görüşdə qapılara qol vurulmayıb.

H qrupunda turnirin son qalibi olan “Çelsi” “Malmö”nü 4 cavabsız qolla yenib. Qrupun digər oyununda “Yuventus” Rusiyada “Zenit”i minimal hesabla üstələyib.

Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur

A qrupu

Brügge (Belçika) – Mançester Siti (İngiltərə) 1:5
Qol
: Vanaken, 81 – Kanselo, 30. Mahrez, 43-pen; 84. Uolker, 53. Palmer, 67.

PSJ (Fransa) – Leyptsiq (Almaniya) 3:2
Qol
: Mbappe, 9. Messi, 67; 74-pen – A.Silva, 28. Mukiele, 57.

C qrupu

Beşiktaş (Türkiyə) – Sportinq (Portuqaliya) 1:4
Qol
: Larin, 24 – Koates, 15; 27. Sarabiya, 44-pen. Paulinyo, 89.

Ayaks (Niderland) – Borussiya (Dortmund, Almaniya) 4:0
Qol
: Roys, 11-öz qapısına. Blind, 25. Antoni, 57. Haller, 72.

B qrupu

Atletiko (İspaniya) – Liverpul (İngiltərə) 2:3
Qol
: Qrizmann, 20; 34 – Salah, 8; 76-pen. Keyta, 13.

Portu (Portuqaliya) – Milan (İtaliya) 1:0
Qol
: L.Dias, 65.

D qrupu

Şaxtyor (Ukrayna) – Real (İspaniya) 0:5
Qol
: Krivtsov, 37-öz qapısına. Vinisius, 51; 56. Rodriqo, 65. Benzema, 90+1.

İnter (İtaliya) – Şerif (Moldova) 3:1
Qol
: Dzeko, 34. Vidal, 58. De Vrey, 67 – Till, 52.

20 oktyabr

E qrupu

Barselona (İspaniya) – Dinamo (Kiyev, Ukrayna) 1:0
Qol
: Pike, 36.

Benfika (Portuqaliya) – Bayern (Almaniya) 0:4
Qol
: Sane, 70; 85. Everton, 80-öz qapısına. Levandovski, 82.

G qrupu

Zalsburq (Avstriya) – Volfsburq (Almaniya) 3:1
Qol
: Adeyemi, 3. Okafor, 65; 77 – Nmeça, 15.

Lill (Fransa) – Sevilya (İspaniya) 0:0

F qrupu

Mançester Yunayted (İngiltərə) – Atalanta (İtaliya) 3:2
Qol
: Reşford, 53. Maquayr, 75. Ronaldo, 81 – Paşaliç, 15. M.Dəmiral, 29.

Yanq Boyz (İsveçrə) – Vilyarreal (İspaniya) 1:4
Qol
: Elia, 77 – Pino, 6. Moreno, 16; 89. Çukvueze, 90+2.

H qrupu

Zenit (Rusiya) – Yuventus (İtaliya) 0:1
Qol
: Kuluşevski, 86.

Çelsi (İngiltərə) – Malmö (İsveç) 4:0
Qol
: Kristensen, 9. Jorjinyo, 21-pen; 57-pen. Haverts, 48.

Bombardir: Sebastyan Haller (“Ayaks”, Niderland) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button