“Qarabağ” darmadağınla növbəti mərhələdə!

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün ilk təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə bu mərhələdə başlayıb.

Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Təsnifat mərhələsinin görüşləri bir oyundan ibarətdi. “Qarabağ” da “Sileks”i böyük hesabla məğlub etməklə artıq növbəti mərhələyə vəsiqə qazanıb. Ağdam təmsilçisi növbəti mərhələdə “Şerif” – “Fola Eş” cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

18 avqust

Qarabağ – Sileks 4:0
Qol: X.Romero, 11. D.Gerye, 40; 51. M.Emreli, 80.
Baş hakim: Yaroslav Kozık (Ukrayna)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sileks: 1. Daniel Bojinovski, 5. Srdan Draşkoviç, 6. Hristiyan Qrozdanoski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 22. Angelçe Timovski, 26. Daniel Karçeski, 27. Deyan Tanturovski.
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Şpirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeraviça, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.
Məşqçi: Draqan İvanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button