Avroliqada da qrup mərhələsi yekunlaşdı

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etidiyi “Legiya” komandası doğma meydanda Moskva “Spartak”ını qəbul edib və məğlubiyyətə üzülüb. Qrupun digər matçında “Napoli” “Lester”lə üz-üzə gəlib. Qrupda hər bir komandanın pley-off mərhələsinə yüksəlmək şansı vardı. Sonda günü qələbə ilə başa vuran “Spartak”la “Napoli” sevinən tərəf olub.

Türkiyənin “Qalatasaray” komandası səfərdə “Latsio”nun qonağı olub. “Sarı-qırmızılar”a qrup lideri kimi növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Fatih Terimin komandası buna qolsuz heç-heçə ilə nail olub. Qrupun digər oyununda “Marsel” Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib və minimal hesabla üstün olub.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

9 dekabr

A qrupu

Lion (Fransa) – Reyncers (Şotlandiya) 1:1
Qol
: Bassey, 49-öz qapısına – Rayt, 42.

Sparta (Praqa, Çexiya) – Brondbü (Danimarka) 2:0
Qol
: Hançko, 43. Hlojek, 49.

B qrupu

Şturm (Avstriya) – Monako (Fransa) 1:1
Qol
: Yantşer, 6-pen – Volland, 30.

Real Sosyedad (İspaniya) – PSV (Niderland) 3:0
Qol
: Oyarzabal, 43-pen; 62. Sörlot, 90+3.

C qrupu

Legiya (Polşa) – Spartak (Moskva, Rusiya) 0:1
Qol
: Bakayev, 17.

Napoli (İtaliya) – Lester (İngiltərə) 3:2
Qol
: Unas, 4. Elmas, 24; 53 – Evans, 27. Hall, 33.

D qrupu

Fənərbaxça (Türkiyə) – Ayntraxt (Frankfurt, Almaniya) 1:1
Qol
: Berişa, 42 – Sou, 29.

Antverpen (Belçika) – Olimpiakos (Yunanıstan) 1:0
Qol
: Balikvişa, 7.

E qrupu

Marsel (Fransa) – Lokomotiv (Moskva, Rusiya) 1:0
Qol
: Milik, 35.

Latsio (İtaliya) – Qalatasaray (Türkiyə) 0:0

F qrupu

Braqa (Portuqaliya) – Srvena Zvezda (Serbiya) 1:1
Qol
: Qaleno, 52-pen – Katay, 70-pen.

Ludoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka) 0:0

G qrupu

Ferentsvaroş (Macarıstan) – Bayer (Almaniya) 1:0
Qol
: Layduni, 82.

Seltik (Şotlandiya) – Betis (İspaniya) 3:2
Qol
: Uelş, 3. Henderson, 72. Ternbull, 78-pen – Beyn, 69-öz qapısına. B.İqlesias, 75.

H qrupu

Vest Hem (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
Qol
: Orşiç, 4.

Genk (Belçika) – Rapid (Avstriya) 0:1
Qol
: Lyubiçiç, 29.

Bombardir: Karl-Toko Ekambi (“Lion”, Fransa) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button