“Fənərbaxça” qalib gəldi, “Qalatasaray” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Antalyaspor” “Rizəspor”u, “Adana Dəmirspor” isə “Konyaspor”u qəbul edib. Beş qolun qeydə alındığı Antalyadakı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Adanadakı qarşılaşmada isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Başakşəhər” evdə “Kayserispor”a məğlub olub. “Yeni Malatyaspor” “Qaziantep”i, “Hatayspor” isə “Alanyaspor”u məğlub yola salıb.

Son çempion “Beşiktaş” doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. “Qara qartallar” da turu qələbə ilə başa vurublar.

Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Sivasspor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. Səfərdə “Kasımpaşa” ilə qarşılaşan “Qalatasaray” da turu heç-heçə ilə başa vurub.

“Trabzonspor” isə “Giresunspor” səfərindən minimal hesabla qalib dönüb. Səfərdə lider “Altay”la qarşılaşan “Fənərbaxça” da inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası, 3-cü tur

27 avqust

Antalyaspor – Rizəspor 3:2
Qol
: Rayt, 18; 54-pen; 90+10-pen – Cokoviç, 61; 90+3-pen.

Adana Dəmirspor – Konyaspor 1:1
Qol
: Assombalonqa, 59 – A.Bardakçı, 83.

28 avqust

Başakşəhər – Kayserispor 0:1
Qol
: Tiam, 4.

Yeni Malatyaspor – Qaziantep 2:0
Qol
: A.Büyük, 45. Tetteh, 68.

Beşiktaş – Fatih Karagümrük 1:0
Qol
: A.Teyşeyra, 30.

Hatayspor – Alanyaspor 5:0
Qol
: Traore, 4. Lobjanidze, 18. Ribeyro, 42. El Kaabi, 60. M.Kamara, 90+2.

29 avqust

Kasımpaşa – Qalatasaray 2:2
Qol
: Yorgensen, 45+2. Bozok, 66 – Çikaldau, 32. K.Aktürkoğlu, 38.

Sivasspor – Göztəpə 2:2
Qol
: Qutas, 11; 66 – H.Akbunar, 51. B.Şimşek, 84.

Altay – Fənərbaxça 0:2
Qol
: F.Kadıoğlu, 51. Valensiya, 55.

Girəsunspor – Trabzonspor 0:1
Qol:
Nvakaeme, 7.

Bombardir: Saba Lobjanidze (“Hatayspor”), Haci Rayt (“Antalyaspor”), Entoni Nvakaeme (“Trabzonspor”) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button