“Fənərbaxça”dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Açılış matçında “Dənizlispor” “Yeni Malatyaspor”u qəbul edib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Turnir cədvəlinin 2-cisi “Beşiktaş”ın rəqibi “Qaziantep” olub. İstanbul təmsilçisi də turu qələbə ilə başa vurub.

Ötən tur autsayder “Ankaragücü” qarşısında gözlənilməz məğlubiyyət alan “Qalatasaray” bu dəfə “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. “Antalyaspor” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. “Trabzonspor” doğma meydanda “Alanyaspor”a məğlub olubsa, “Göztəpə” “Ərzurumspor” üzərində qələbəyə sevinib. Səfərdə “Konyaspor”la üz-üzə gələn “Fənərbaxça” isə darmadağınla qalib gəlib.

Türkiyə Super Liqası, 29-cu tur

6 mart

Dənizlispor – Yeni Malatyaspor 3:2
Qol
: Rodalleqa, 31. R.Niyaz, 44. Saçko, 80 – Mallan, 16. Tetteh, 77.

Beşiktaş – Qaziantep 2:1
Qol
: Abubakar, 15; 72 – Dikko, 90-pen.

7 mart

Fatih Karagümrük – Ankaragücü 0:1
Qol
: A.Potuk, 56.

Hatayspor – Kayserispor 1:3
Qol
: Pablo, 54 – İ.Parlak, 24. U.Demirok, 36. P.Enrike, 58.

Gənclərbirliyi – Başakşəhər 0:1
Qol
: D.Ba, 90.

Qalatasaray – Sivasspor 2:2
Qol
: Falkao, 14; 68-pen – Qradel, 9; Boyd, 38.

8 mart

Trabzonspor – Alanyaspor 1:3
Qol
: Bakasetas, 80-pen – M.Pektemek, 66. Davidson, 73; 90+7.

Antalyaspor – Kasımpaşa 1:1
Qol
: H.Özmert, 38 – Telin, 72.

Göztəpə – Ərzurumspor 3:1
Qol
: Şvexlen, 4-öz qapısına. H.Akbunar, 83. A.Öztürk, 90+8-pen – Bassan, 48.

Konyaspor – Fənərbaxça 0:3
Qol
: Salai, 29. Osayi-Samuel, 32. S.Aziz, 90.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button