“Qalatasaray”dan ilk oyunda inamlı qələbə

Türkiyə Super Liqasında 2021/2022 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, açılış matçında son çempion “Beşiktaş” “Rizəspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda darmadağına sevinib.

Şənbə günü üç qarşılaşma baş tutub. “Fatih Karagümrük” “Qaziantep”lə ev oyunundan çətin qələbə ilə ayrılıb. Super Liqanın yeni komandası “Altay” evdə “Kayserispor”a böyük hesabla qalib gəlib. “Hatayspor” – “Kasımpaşa” matçında isə qalib müəyyənləşməyib.

Heyətini Mario Balotelli, Benjamen Stambuli, Birkir Byarnasonla gücləndirən “Adana Dəmirspor”u ilk turda çətin “Fənərbaxça” sınağı gözləyir. Bu görüşdə İstanbul təmsilçisi minimal hesabla üstün olub. “Başakşəhər” isə evdə “Alanyaspor”a uduzub.

“Qalatasaray” yeni mövsümə “Giresunspor” səfəri ilə start verib və inamlı qələbə qazanıb. “Trabzonspor” isə ilk turda “Yeni Malatyaspor”la üz-üzə gəlib və darmadağına sevinib.

Türkiyə Super Liqası, 1-ci tur

13 avqust

Beşiktaş – Rizəspor 3:0
Qol
: Nkudu, 9. Hatçinson, 52. Larin, 90+3.

14 avqust

Fatih Karagümrük – Qaziantep 3:2
Qol
: Djilobodji, 10-öz qapısına. Peşiç, 19. A.Musa, 90 – A.Sağal, 17-pen. Djilobodji, 90+4.

Altay – Kayserispor 3:0
Qol
: Bamba, 8; 45+1. Tasiano, 86.

Hatayspor – Kasımpaşa 1:1
Qol
: Lobjanidze, 73 – Eysserik, 18.

15 avqust

Başakşəhər – Alanyaspor 0:1
Qol
: Borxa, 12.

Antalyaspor – Göztəpə 1:1
Qol
: Fredi, 32-pen – Arslanagiç, 90+2.

Adana Dəmirspor – Fənərbaxça 0:1
Qol
: M.Özil, 46.

16 avqust

Yeni Malatyaspor – Trabzonspor 1:5
Qol
: A.Büyük, 32 – Bakasetas, 3. Nvakaeme, 11. Jervinyo, 29. Hamşik, 42. Djanini, 66.

Sivasspor – Konyaspor 0:1
Qol
: Çikalleşi, 88.

Giresunspor – Qalatasaray 0:2
Qol
: Mbaye, 31. Çikaldau, 45+2.

Bombardir: Dauda Bamba (“Altay”) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button