“Beşiktaş”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. “Antalyaspor” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. Son turlarda uğurlu çıxış edən “Başakşəhər” bu dəfə “Girəsunspor”u qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib. “Qalatasaray” Adana səfərində “Adana Dəmirspor”a məğlub olub. Lider “Trabzonspor” isə “Altay” səfərindən qələbə ilə dönüb.

Baş məşqçi Vitor Pereyra ilə yollarını ayıran “Fənərbaxça”nın budəfəki rəqibi “Fatih Karagümrük” komandası olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Dörd qolun qeydə alındığı “Yeni Malatyaspor” – “Kayserispor” matçında qalib müəyyənləşməyib. Tura “Beşiktaş” – “Göztəpə” matçıyla yekun vurulub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 18-ci tur

21 dekabr

Antalyaspor – Kasımpaşa 1:1
Qol
: Naldo, 38 – U.Bozok, 90+2.

Başakşəhər – Girəsunspor 3:1
Qol
: D.Türüç, 17. Kaysara, 69. Vişça, 78 – Diarra, 28.

Adana Dəmirspor – Qalatasaray 2:0
Qol
: Y.Akgün, 53; 58.

Altay – Trabzonspor 1:2
Qol
: C.Karayel, 33 – Kornelius, 51; 88.

22 dekabr

Sivasspor – Rizəspor 1:1
Qol
: Kayode, 72 – Pohyanpalo, 74.

Hatayspor – Konyaspor 1:3
Qol
: Əl Kaabi, 3 – Mpoku, 29; 54. Koka, 90+2.

Qaziantep – Alanyaspor 2:1
Qol
: F.Soyalp, 56. Dyedyu, 78-öz qapısına – Novais, 62.

Fatih Karagümrük – Fənərbaxça 1:1
Qol
: Peşiç, 31 – M.Özil, 40-pen.

23 dekabr

Yeni Malatyaspor – Kayserispor 2:2
Qol
: Şuyar, 25. A.Büyük, 36 – Qavranoviç, 56. M.Pektemek, 90+1.

Beşiktaş – Göztəpə 2:1
Qol
: Larin, 31. Gezzal, 60 – Ndiaye, 3.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button