Konfrans Liqasının qalibi məlum oldu

Bu gün UEFA Konfrans Liqasının final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici matçda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” komandaları qarşılaşıblar.

Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçirilən qarşılaşma saat 23:00-da başlayıb. Üç qolun qeydə alındığı matç “Vest Hem”in qələbəsiylə yekunlaşıb.

Bu, Konfrans Liqasının ikinci final matçı idi. Turnirin ilk qalibi İtaliyanın “Roma” klubu olub.

UEFA Konfrans Liqası, final

7 iyun

Fiorentina (İtaliya) – Vest Hem (İngiltərə) 1:2
Qol: Bonaventura, 67 – Benrahma, 62-pen. Bouen, 90.
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, “Eden Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button