“Qarabağ” “Kayrat”a səfərdə də qalib gəldi

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Qazaxıstanın “Kayrat” komandasının qonağı olub.

Almatı şəhərindəki “Ortalık” stadionunda keçirilən “Kayrat” – “Qarabağ” matçını moldovalı Dumitri Muntean idarə edib. Üç qolun qeydə alındığı görüş Azərbaycan təmsilçisinin tarixi qələbəsiylə yekunlaşıb.

“Qarabağ” bu nəticədən sonra hazırda H qrupunda 10 xalla birinci sıradadır. Bu isə Ağdam klubunun böyük ölçüdə növbəti mərhələyə vəsiqə qazandığı anlamına gəlir.

Qrupun digər matçında “Bazel” “Omoniya”nın qonağı olacaq.

Konfrans Liqası, qrup mərhələsi, 4-cü tur

4 noyabr

Kayrat (Qazaxıstan) – Qarabağ 1:2
Qol: X.Kante, 68 – İ.Vadji, 58. A.Zubir, 72.
Baş hakim: Dumitru Muntean

Kayrat: 1. Stas Pokatilov (k), 4. Nuralı Alip, 6. Yatsek Qoralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardo Alves, 18. Xose Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç.
Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljigit Alıkulov, 8. Aibol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seidaxmet, 29. Daniyar Ussenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev.
Baş məşqçi: Kurban Berdıyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

Omoniya (Kipr) – Bazel (İsveçrə) 1:1
Qol:
Andronikos Kakulis, 16 – Liam Millar, 57.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button