“Real Sosyedad”a bir qol bəs etdi

Futbol üzrə İspaniya La Liqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında “Elçe” doğma meydanda “Levante”ni qəbul edib və minimal hesabla üstün olub. “Valensiya” “Alaves”i, “Valyadolid” isə “Kadis”i sınağa çəkib. Bu iki oyunda komandalar hərəyə 1 xal və 1 qolla kifayətləniblər. “Real”ın bu turdakı rəqibi “Betis” olub. Madrid təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib.

Lider “Atletiko” Bilbao səfərində “Atletik”in müqavimətini qıra bilməyib. Liderin uduzmasından, eləcə də “Real”ın bir gün öncə xal itirməsindən “Sevilya” və “Barselona” maksimum yararlanıb. “Sevilya” “Osasuna”nı məğlub yola salıb. Turun mərkəzi görüşündə “Vilyarreal”ın qonağı olan “Barselona” da turu qələbə ilə başa vurub.

Turun qapanış matçında “Real Sosyedad” səfərdə “Eybar”a qalib gəlib.

İspaniya La Liqası, 32-ci tur

24 aprel

Elçe – Levante 1:0
Qol
: Boye, 32.

Valyadolid – Kadis 1:1
Qol
: Plano, 14 – Kala, 64.

Valensiya – Alaves 1:1
Qol
: Qaya, 89 – Quidetti, 84.

Real – Betis 0:0

25 aprel

Hueska – Xetafe 0:2
Qol
: E.Ünal, 20; 52.

Vilyarreal – Barselona 1:2
Qol
: Çukvueze, 26 – Qrizmann, 28; 35.

Selta – Osasuna 2:1
Qol
: Aspas, 42. Murilyo, 64 – Torres, 77.

Sevilya – Qranada 2:1
Qol
: Rakitiç, 16-pen. Okampos, 53 – Soldado, 90.

Atletik – Atletiko 2:1
Qol
: Berenger, 8. Martines, 86 – Saviç, 77.

26 aprel

Eybar – Real Sosyedad 0:1
Qol
: İsak, 26.

Bombardir: Lionel Messi (Barselona) – 25 qol.