“Lids”dən inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib. Turun açılış matçında “Arsenal” səfərdə “Aston Villa”nın qonağı olub. “Topçular” görüşdə 0:1 hesabıyla uduzub.

“Mançester Yunayted” bu tur çərçivəsində Karlo Ançelottinin rəhbərlik etdiyi “Everton”la qarşılaşıb. “Everton” son dəqiqədə vurduğu qolla “qırmızı şeytanlar”la görüşdən 1 xalla ayrılıb.

London derbisində “Tottenhem”ə minimal hesabla qalib gələn “Çelsi”nin budəfəki rəqibi autsayder “Şeffild Yunayted” olub. “Zadəganlar” turu çətin qələbə ilə başa vurublar. “Tottenhem” də “Vest Bromviç” üzərində qələbəyə sevinib.

Turun mərkəzi görüşündə lider “Mançester Siti” səfərdə son çempion “Liverpul”la üz-üzə gəlib. “Şəhərlilər” səfərdə son çempiona böyük hesabla qalib gəliblər.

Son gündə “Lids” doğma meydanda “Kristal Pelas” üzərində inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 23-cü tur

6 fevral

Aston Villa – Arsenal 1:0
Qol:
Vatkins, 2.

Bernli – Brayton 1:1
Qol:
Qudmundsson, 53 – Dunk, 36.

Nyukasl – Sauthempton 3:2
Qol:
Uillok, 16. Almiron, 26; 45+4 – Minamino, 30. Ceyms, 48.

Fulhem – Vest Hem 0:0

Mançester Yunayted – Everton 3:3
Qol:
Kavani, 24. Fernandes, 45. Maktominey, 70 – Dukure, 49. Rodriqes, 52. Kalver-Lyuin, 90+4.

7 fevral

Tottenhem – Vest Bromviç 2:0
Qol
: Keyn, 54. Son, 58.

Vulverhempton – Lester 0:0

Liverpul – Mançester Siti 1:4
Qol
: Salah, 63-pen – İ.Gündoğan, 49. 73. Sterlinq, 76. Foden, 83.

Şeffild Yunayted – Çelsi 1:2
Qol
: Rudiger, 54-öz qapısına – Maunt, 43. Jorjinyo, 58-pen.

8 fevral

Lids – Kristal Pelas 2:0
Qol
: Harrison, 3. Bamford, 52.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button