“Tottenhem” “Çelsi”yə məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turnir cədvəlinin sonuncusu “Şeffild Yunayted” digər autsayder “Vest Bromviç”i qəbul edib və çətin qələbəyə sevinib. “Arsenal” çətin “Vulverhempton” səfərinə yollanıb. London klubu bu görüşdə məğlubiyyətə üzülüb. “Nyukasl” da “Kristal Pelas”la ev oyunundan məğlub ayrılıb.

Ardıcıl iki oyundur ki, xal itirən “Mançester Yunayted” bu dəfə “Sauthempton”u sınağa çəkib. “Qırmızı şeytanlar” 3 xalı 9 cavabsız qolla qazanıblar.

Son çempion “Liverpul” “Brayton”la, “Mançester Siti” isə “Bernli” ilə qarşılaşıb. “Qırmızılar” bu tur minimal hesabla məğlub olubsa, “şəhərlilər” inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma meydanda şəhərin digər komandası “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Lakin paytaxt derbisində qonaqlar minimal hesabla qalib gəliblər.

İngiltərə Premyer Liqası, 22-ci tur

2 fevral

Şeffild Yunayted – Vest Bromviç 2:1
Qol
: Boqle, 56. Şarp, 73 – Filips, 41.

Vulverhempton – Arsenal 2:1
Qol
: Neves, 45+5-pen. Moutinyo, 49 – Pepe, 32.

Mançester Yunayted – Sauthempton 9:0
Qol
: Bissaka, 18. Reşford, 25. Bednarek, 34-öz qapısına. Kavani, 39. Marsyal, 69; 90. Maktominay, 71. B.Fernandes, 83-pen. D.Ceyms, 90+4.

Nyukasl – Kristal Pelas 1:2
Qol
: Şelvi, 2 – Ridevald, 21. Keyhill, 25.

3 fevral

Fulhem – Lester 0:2
Qol
: İheanaço, 17. Castin, 44.

Bernli – Mançester Siti 0:2
Qol
: Q.Jezus, 3. Sterlinq, 38.

Lids – Everton 1:2
Qol
: Rafinya, 48 – Siqurdsson, 9. Kalvert, 41.

Aston Villa – Vest Hem 1:3
Qol
: Uotkins, 81 – Souçek, 51. Linqard, 56.

Liverpul – Brayton 0:1
Qol
: Alzate, 56.

4 fevral

Tottenhem – Çelsi 0:1
Qol
: Jorjinyo, 24-pen.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button