“Tottenhhem” uduzdu, “Çelsi” və “Liverpul” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib. Turun açılış matçında “Everton” doğma meydanda “Nyukasl”ı qəbul edib. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Lider “Mançester Siti” bu tur çərçivəsində autsayder “Şeffild Yunayted”i qəbul edib və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikincisi “Mançester Yunayted” London səfərində Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

“Liverpul” London səfərində “Vest Hem”lə qarşılaşıb və inamlı qələbəyə sevinib. Baş məşqçi postuna Tomas Tuxeli gətirən və ilk oyunda qələbə qazana bilməyən “Çelsi” bu dəfə “Bernli”nin müqavimətini qırmağı bacarıb. Joze Mourinyonun “Tottenhem”i “Brayton”la qarşılaşıb. London klubu səfərdən əliboş qayıdıb. “Lester Siti” də “Lids”lə oyundan məğlub ayrılıb.

İngiltərə Premyer Liqası, 21-ci tur

30 yanvar

Everton – Nyukasl 0:2
Qol
: Uilson, 73; 90+3.

Mançester Siti – Şeffild Yunayted 1:0
Qol
: Q.Jezus, 9.

Kristal Pelas – Vulverhempton 1:0
Qol
: Eze, 60.

Vest Bromviç – Fulhem 2:2
Qol
: Bartli, 47. M.Pereyra, 66 – Rid, 10. Kavalyero, 77.

Arsenal – Mançester Yunayted 0:0

Sauthempton – Aston Villa 0:1
Qol
: Barkli, 41.

31 yanvar

Çelsi – Bernli 2:0
Qol
: Aspilikueta, 40. Alonso, 84.

Lester – Lids 1:3
Qol
: Barnes, 13 – Dallas, 15. Bamford, 70. Harrison, 84.

Vest Hem – Liverpul 1:3
Qol
: Douson, 87 – Slaah, 57; 68. Veynaldum, 84.

Brayton – Tottenhem 1:0
Qol
: Trossard, 17.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button