“Mançester Yunayted”dən əzmkar qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Son turda səfərdə “Everton”a məğlub olan “Çelsi” bu dəfə “Vulverhempton”un qonağı olub. London təmsilçisi bu dəfə də meydanı məğlub tərk edib. Günün digər matçında “Mançester Siti” doğma meydanda autsayderlərdən olan “Vest Bromviç”i qəbul edib. “Şəhərlilər” də bu oyundan xal itkisi ilə ayrılıblar.

Mövsümə uğursuz start verən “Arsenal” bu tur çərçivəsində “Sauthempton”la qarşılaşıb və yenə qələbəyə həsrət qalıb.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Son çempion “Liverpul” doğma meydanda lider “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç “qırmızılar”ın qələbəsiylə yekunlaşıb.

“Mançester Yunayted” isə sonuncu pillədə qərarlaşan “Şeffild Yunayted”i sınağa çəkib. Beş qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın əzmkar qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası, 13-cü tur

15 dekabr

Vulverhempton – Çelsi 2:1
Qol
: Podense, 66. Neto, 90+5 – Jiru, 49.

Mançester Siti – Vest Bromviç 1:1
Qol
: İ.Gündoğan, 30 – R.Dias, 43-öz qapısına.

16 dekabr

Arsenal – Sauthempton 1:1
Qol
: Obameyanq, 52 – Uolkott, 18.

Lester – Everton 0:2
Qol
: Riçarlison, 21. Holqeyt, 72.

Lids – Nyukasl 5:2
Qol
: Bemford, 35. Rodriqo, 61. Dallas, 77. Alioski, 85. Harrison, 88 – Hendrik, 26. Klark, 65.

Liverpul – Tottenhem 2:1
Qol
: Salah, 26. Firmino, 90 – Son, 33.

Vest Hem – Kristal Pelas 1:1
Qol
: Haller, 55 – Benteke, 34.

Fulhem – Brayton 0:0

17 dekabr

Aston Villa – Bernli 0:0

Şeffild Yunayted – Mançester Yunayted 2:3
Qol
: Makqoldrik, 5; 87 – Reşford, 26; 51. Marsyal, 33.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton), Son Hın Min (Tottenhem), Məhəmməd Salah (Liverpul) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button