“Liverpul”dan əzmkar qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turnir cədvəlinin ikinci sırasında yer alan “Mançester Yunayted” doğma meydanda “Lester”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəliblər. Nəticədə “Mançester Siti”nin çempionluğu da rəsmiləşib. Bu gün həm də 32-ci turdan təxirə salınmış “Sauthempton” – “Kristal Pelas” görüşü də baş tutub. Məhsuldar keçən görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Ötən tur səfərdə lider “Mançester Siti”ni məğlub edən “Çelsi” bu dəfə London derbisində “Arsenal”la üz-üzə gəlb. Qonaqlar bu görüşdən qələbə ilə ayrılıblar.

“Mançester Siti” “Nyukasl”ın qonağı olub. Yeddi qolun qeydə alındığı bu görüşdə “şəhərlilər” çətin qələbəyə seviniblər.

Şənbə günü səfərdə “Bernli” ilə qarşılaşan “Lids” darmadağına sevinib. “Sauthempton” “Fulhem”i məğlub yola salıb. “Brayton” – “Vest Hem” matçında isə qalib müəyyənləşməyib.

“Liverpul” Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Vest Bromviç”lə qarşılaşıb və son dəqiqələrdə qapıçısı Alissonun vurduğu qol sayəsində çətin qələbəyə sevinib. Turun son matçında Karlo Ançelottinin rəhbərlik etdiyi “Everton” doğma meydanda autsayder “Şeffild Yunayted”in müqavimətini qırmağa çalışıb. Amma meydan sahibləri bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər. “Tottenhem” isə “Vulverhempton”u məğlub yola salıb.

İngiltərə Premyer Liqası, 36-cı tur

11 may

Mançester Yunayted – Lester 1:2
Qol
: Qrinvud, 15 – Tomas, 10. Ç.Söyüncü, 66.

32-ci turun oyunu

Sauthempton – Kristal Pelas 3:1
Qol
: İnqs, 19; 75. Adams, 48 – Benteke, 2.

12 may

Çelsi – Arsenal 0:1
Qol
: Smit Rou, 16.

14 may

Nyukasl – Mançester Siti 3:4
Qol
: Kraft, 25. Joelinton, 45+6-pen. Uillok, 62 – Kanselo, 39. Torres, 42; 64; 66.

15 may

Bernli – Lids 0:4
Qol
: Klix, 44. Harrison, 59. Rodriqo, 77; 79.

Sauthempton – Fulhem 3:1
Qol
: Adams, 27. Tella, 60. Uolkott, 82 – Karvalyo, 75.

Brayton – Vest Hem 1:1
Qol
: Uelbek, 84 – Benrahma, 87.

16 may

Kristal Pelas – Aston Villa 3:2
Qol
: Benteke, 32. Zaha, 75. Mitçell, 84 – Makqinn, 17. El-Qazi, 34.

Tottenhem – Vulverhempton 2:0
Qol
: Keyn, 45. Hoybyerq, 62.

Vest Bromviç – Liverpul 1:2
Qol
: Robson-Kanu, 15 – Salah, 33. Alisson, 90+5.

Everton – Şeffild Yunayted 0:1
Qol
: Jebbison, 7.

Bombardir: Harri Keyn (Tottenhem), Məhəmməd Salah (Liverpul) – 22 qol.