“Çelsi” səfərdə xal itirdi

Bu gün İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Son turda “Mançester Yunayted”ə məğlub olan “Tottenhem” bu dəfə “Everton” səfərinə yollanıb. London təmsilçisi səfərdən 1 xalla dönüb.

“Arsenal” bu turda “Fulhem”i, “Mançester Yunayted” isə “Bernli”ni qəbul edib. London təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşibsə, “qırmızı şeytanlar” inamlı qələbəyə seviniblər.

Son çempion “Liverpul” “Lids” səfərinə yollanıb və qələbəni əldən verib.

“Çelsi” doğma meydanda “Brayton”un müqavimətini qırmağa çalışıb. Lakin tərəflər bu oyundan qolsuz ayrılıblar.

Bu tur keçirilməli olan “Sauthempton” – “Kristal Pelas” matçı təxirə salınıb.

İngiltərə Premyer Liqası, 32-ci tur

16 aprel

Everton – Tottenhem 2:2
Qol
: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.

17 aprel

Nyukasl – Vest Hem 3:2
Qol
: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.

Vulverhempton – Şeffild Yunayted 1:0
Qol
: V.Xose, 60.

18 aprel

Arsenal – Fulhem 1:1
Qol
: Nketia, 90+7 – Maya, 59.

Mançester Yunayted – Bernli 3:1
Qol
: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.

19 aprel

Lids – Liverpul 1:1
Qol
: Lyorente, 87 – Mane, 31.

20 aprel

Çelsi – Brayton 0:0

21 aprel

23:15 Aston Villa – Mançester Siti

22 aprel

23:00 Lester – Vest Bromviç

Bombardir: Harri Keyn (Tottenhem) – 19 qol.