DÇ-2022: Argentina xal itirdi, Braziliya növbəti qələbəsini qazandı

Bu gün DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 10-cu turuna start verilib.

Komanda.az xəbər verir ki, lider Braziliya yığması bu turda Venesualı məğlub edib – 3:1. Turnir cədvəlinin 2-ci pilləsində yer alan Argentina Paraqvayla qarşılaşıb. Bu matçda hesab açılmayıb.

Turun son matçında Peru və Çili milli komandaları üz-üzə gəliblər. Görüş Perunun 2:0 hesablı qələbəsiylə başa çatıb.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 10-cu tur

8 oktyabr

Paraqvay – Argentina 0:0

Uruqvay – Kolumbiya 0:0

Venesuela – Braziliya 1:3
Qol:
Erik Ramires, 11 – Markinyos, 71. Qabriel Barbosa, 85-pen. Antoni, 90+5.

Ekvador – Boliviya 3:0
Qol:
Mikael Estrada, 14. Enner Valensiya, 17; 19.

Peru – Çili 2:0
Qol:
Kristian Kueva, 35. Serxio Penya, 64.

Bombardir: Marselo Moreno (Boliviya) – 8 qol.