“Beşiktaş” yenə uduzdu, “Ayaks”la “Liverpul” pley-offa yüksəldi

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.

İspaniyanın “Barselona” komandası Ukrayna səfərində Kiyev “Dinamo”sunun qonağı olub və minimal hesabla qalib gəlib. Almaniya “Bayern”i isə doğma meydanda Portuqaliyanın “Benfika” komandasını böyük hesabla məğlub edib.

İngiltərənin “Mançester Yunayted” komandası İtaliyada “Atalanta”ya məğlubiyyətdən son anda xilas olub. “Çelsi” “Malmö”nün qonağı olub və minimal hesabla qalib gəlib. “Yuventus” isə “Zenit” üzərində qələbəyə sevinib.

Qrup mərhələsinin digər oyunları bu gün keçirilib. A qrupunda “Mançester Siti” “Brügge”ni, “Leyptsiq” isə PSJ-ni sınağa çəkib. İngiltərə təmsilçisi qələbə qazandığı halda, Fransa klubu səfərdə 1 xalla kifayətlənib.

B qrupunda günün ilk matçı İtaliyada “Milan”la “Portu” arasında olub. İtaliya təmsilçisi bu görüşdə ilk xalını qazanıb. Digər görüşdə “Liverpul” evdə Madrid “Atletiko”su ilə qarşılaşmadan inamlı qələbəylə ayrılıb və növbəti mərhələyə vəsiqə qazanıb.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyada “Sportinq”in qonağı olub. İstanbul klubu bu oyunda da darmadağına üzülüb və qrupdan çıxmaq şanslarını itirib. Qrupun digər matçında Dortmund “Borussiya”sı “Ayaks”ı qəbul edib. Qonaqlar bu oyundan qalib ayrılmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər.

D qrupunda “Real” evdə Donetsk “Şaxtyor”u üzərində əzmkar qələbəyə sevinib. “Şerif”in qonağı olan “İnter” də sürprizə imkan verməyib.

Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

2 noyabr

H qrupu

Malmö (İsveç) – Çelsi (İngiltərə) 0:1
Qol
: Ziyeş, 56.

Yuventus (İtaliya) – Zenit (Rusiya) 4:2
Qol
: Dibala, 11; 58-pen. Kyeza, 74. Morata, 82 – Bonuççi, 26-öz qapısına. Azmun, 90+2.

F qrupu

Atalanta (İtaliya) – Mançester Yunayted (İngiltərə) 2:2
Qol
: İliçiç, 12. Sapata, 56 – Ronaldo, 45+1; 90+2.

Vilyarreal (İspaniya) – Yanq Boyz (İsveçrə) 2:0
Qol
: Kapue, 36. Danjuma, 89.

G qrupu

Volfsburq (Almaniya) – Zalsburq (Avstriya) 2:1
Qol
: Baku, 3. Nmeça, 60 – Vober, 30.

Sevilya (İspaniya) – Lill (Fransa) 1:2
Qol
: Okampos, 15 – David, 43. İkone, 51.

E qrupu

Dinamo (Kiyev, Ukrayna) – Barselona (İspaniya) 0:1
Qol
: Fati, 70.

Bayern (Almaniya) – Benfika (Portuqaliya) 5:2
Qol
: Levandovski, 26; 61; 84. Qnabri, 32. Sane, 49 – Morato, 38. Nunez, 74.

3 noyabr

B qrupu

Milan (İtaliya) – Portu (Portuqaliya) 1:1
Qol
: Mbemba, 61-öz qapısına – L.Dias, 6.

Liverpul (İngiltərə) – Atletiko (İspaniya) 2:0
Qol
: Jota, 13. Mane, 21.

D qrupu

Real (İspaniya) – Şaxtyor (Ukrayna) 2:1
Qol
: Benzema, 14; 61 – Fernando, 39.

Şerif (Moldova) – İnter (İtaliya) 1:3
Qol
: Traore, 90+2 – Brozoviç, 54. Şkrinyar, 66. A.Sançes, 82.

A qrupu

Mançester Siti (İngiltərə) – Brügge (Belçika) 4:1
Qol
: Foden, 15. Mahrez, 54. Sterlinq, 72. Q.Jezus, 90+2 – Stounz, 17-öz qapısına.

Leyptsiq (Almaniya) – PSJ (Fransa) 2:2
Qol
: Nkunku, 8. Soboslai, 90+2-pen – Veynaldum, 21; 39.

C qrupu

Borussiya (Dortmund, Almaniya) – Ayaks (Niderland) 1:3
Qol
: Roys, 37-pen – Tadiç, 72. Haller, 83. Klaassen, 90+3.

Sportinq (Portuqaliya) – Beşiktaş (Türkiyə) 4:0
Qol
: Pedro, 31; 38. Paulinyo, 41. Sarabiya, 56.

Bombardir: Sebastyan Haller (“Ayaks”, Niderland) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button