Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ı 1/8 finalda mübarizədən kənarlaşdıran “Bayer” ilk görüşdə evdə iki cavabsız qolla qalib gəldiyi “Vest Hem”lə bu dəfə səfərdə üz-üzə gələcək.

Yarımfinalda “Benfika” – “Marsel” və “Liverpul” – “Atalanta” cütünün qalibləri üz-üzə gələcək. “Milan” – “Roma” və “Bayer” – “Vest Hem” cütlərinin qalibləri isə yarımfinal mərhələsinin digər görüşündə qarşılaşacaqlar.

Avropa Liqası, 1/4 final, cavab oyunları

18 aprel

23:00. Roma (İtaliya) – Milan (İtaliya)
İlk oyun – 1:0

23:00. Atalanta (İtaliya) – Liverpul (İngiltərə)
İlk oyun – 3:0

23:00. Vest Hem (İngiltərə) – Bayer (Almaniya)
İlk oyun – 0:2

23:00. Marsel (Fransa) – Benfika (Portuqaliya)
İlk oyun – 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button