“Bayer” “Borussiya”nı məğlub yola saldı

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Verder” turun açılış matçında “Köln”ü qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Şənbə günü altı qarşılaşma keçirilib. Dörd qolun qeydə alındığı “Maynts” – “Şalke” və “Ştutqart” – “Ayntraxt” görüşlərində qalib müəyyənləşməyib. “Leyptsiq” “Frayburq”u, “Yunion” isə “Arminiya”nı darmadağınla yola salıb. “Herta” da səfərdə “Auqsburq”u böyük hesabla məğlub olub.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı doğma meydanda “Bavariya” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç münhenlilərin qələbəsiylə yekunlaşıb.

Münhenqladbax “Borussiya”sı bu tur səfərdə “Bayer”in qonağı olub. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Volfsburq” isə “Hoffenhaym”ı məğlub yola salıb.

Almaniya Bundesliqası, 7-ci tur

6 noyabr

Verder – Köln 1:1
Qol
: Bittenkur, 82 – Moysander, 67-öz qapısına.

7 noyabr

Auqsburq – Herta 0:3
Qol
: Kunya, 44. Lukebakio, 52. Pyontek, 86.

Maynts – Şalke 2:2
Qol
: Brosinski, 6-pen. Mateta, 45+2 – Ut, 36. Yuste, 82-öz qapısına.

Leyptsiq – Frayburq 3:0
Qol
: Konate, 26. Sabitzer, 70-pen. Anxelinyo, 89.

Ştutqart – Ayntraxt 2:2
Qol
: Qonsales, 17-pen. Kastro, 37 – A.Silva, 61. Abraham, 75.

Yunion – Arminiya 5:0
Qol
: Endo, 3. Endrix, 13. Bekker, 45+2. Kruse, 52-pen. Toyxert, 89.

Borussiya D – Bavariya 2:3
Qol
: Roys, 45. Haland, 83 – Alaba, 45+4. Levandovski, 48. Sane, 80.

8 noyabr

Volfsburq – Hoffenhaym 2:1
Qol
: Şteffen, 5. Veqorst, 26 – Adamyan, 87.

Bayer – Borussiya M 4:3
Qol
: Alario, 27; 41. Beyli, 68. Baumqartlinger, 82 – Ştindl, 18; 30. Lazaro, 90+4.

Bombardir: Robert Levandovski (Bavariya) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button