“Borussiya” doğma meydanda darmadağına üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Herta” doğma meydanda “Bohum”u qəbul edib. Komandalar bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Arminiya” doğma meydanda Mönxenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Auqsburq” “Union Berlin”i, “Köln” “Frayburq”u, “Maynts” isə “Hoffenhaym”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi matçında lider “Bayern” “Leyptsiq”lə qarşılaşıb. Bu oyunda da qapılara beş qol vurulub və sonda Münhen təmsilçisi qələbə qazanıb.

Sonuncu oyun günündə Dortmund “Borussiya”sı “Bayer”lə qarşılaşıb. 7 qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. “Volfsburq” isə “Qroyter”lə üz-üzə gəlib. Bu oyun da məhsuldar alınıb. Yekunda isə meydan sahibləri darmadağına seviniblər.

Almaniya Bundesliqası, 21-ci tur

4 fevral

Herta – Bohum 1:1
Qol
: Belfodil, 23 – Polter, 48.

5 fevral

Arminiya – Borussiya M 1:1
Qol
: Serra, 19 – Plea, 38.

Auqsburq – Yunion 2:0
Qol
: Qreqoritş, 16. Han, 59.

Köln – Frayburq 1:0
Qol
: Modeste, 23.

Maynts – Hoffenhaym 2:0
Qol
: Sunq, 79. Nyakate, 83.

Ştutqart – Ayntraxt 2:3
Qol
: Anton, 42. Kaladziç, 70 – Ndikko, 7. Hrustiç, 47; 77.

Bayern – Leyptsiq 3:2
Qol
: Müller, 12. Levandovski, 44. Qvardiol, 58-öz qapısına – A.Silva, 27. Nkunku, 53.

6 fevral

Borussiya D – Bayer 2:5
Qol
: Frimponq, 16-öz qapısına. Tiggers, 89 – Akanji, 11-öz qapısına. Virts, 20. Andrix, 28. Tah, 53. Diabi, 87.

Volfsburq – Qroyter 4:1
Qol
: Vrankx, 7; 49. Arnold, 70. Filipp, 75 Hrqota, 44.

Bombardir: Robert Levandovski (“Bayern”) – 23 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button