“Bayer” darmadağına üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Auqsburq” səfərdə “Köln”ün qonağı olub və inamlı qələbəyə sevinib.

Şənbə günü daha altı qarşılaşma baş tutub. “Herta” “Arminiya”nı məğlub yola salıb. “Frayburq” evdə “Hoffenhaym”a, “Volfsburq” isə “Ştutqart”a uduzub.

Lider “Bayern” bu turda “Maynts”ı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Dortmund “Borussiya”sının rəqibi “Bohum” olub. Qonaqlar bu görüşdən xal itkisi ilə ayrılıblar.

Turun mərkəzi görüşündə “Leyptsiq” doğma meydanda Mönhenqladbax “Borussiya”sını qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Qroyter” doğma meydanda “Yunion”u minimal hesabla üstələyib. Yeddi qolun qeydə alındığı “Ayntraxt” – “Bayer” matçında isə Frankfurt təmsilçisi darmadağına sevinib.

Almaniya Bundesliqası, 15-ci tur

10 dekabr

Köln – Auqsburq 0:2
Qol
: Han, 72. Dorş, 88.

11 dekabr

Bayern – Maynts 2:1
Qol
: Koman, 53. Musiala, 74 – Onisivo, 22.

Bohum – Borussiya D 1:1
Qol
: Polter, 40-pen – Brandt, 85.

Herta – Arminiya 2:0
Qol
: Yovetiç, 53. Selke, 90+5.

Leyptsiq – Borussiya M 4:1
Qol
: Qvardiol, 21. A.Silva, 33. Nkunku, 90+1. Henriks, 90+4 – Bensebaini, 88.

Frayburq – Hoffenhaym 1:2
Qol
: Şlotterbek, 21 – Raum, 3. Riçards, 90+4.

Volfsburq – Ştutqart 0:2
Qol
: Mavropanos, 25. Forster, 63.

12 dekabr

Qroyter – Yunion 1:0
Qol
: Nilsen, 56.

Ayntraxt – Bayer 5:2
Qol
: Tuta, 23. Lindstrom, 30. Ndikka, 50. Yakiç, 66. Sou, 76 – Şik, 5; 22-pen.

Bombardir: Robert Levandovski (Bayern) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button