AFFA və TFF prezidentləri görüşdü

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında görüş keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməşdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Abdullayev AÇ-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. Özdəmir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button