“Turan Tovuz” polisə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci divizionun 24-cü turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyundan sonra “Sumqayıt-2” klubunun futbolçusu Cavid Quliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

Oyundan sonra “Zaqatala” klubunun futbolçusu Kənan Müslümov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

Oyundan sonra “Zaqatala” klubunun futbolçusu Firuddin Mövsümov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur;

“Sumqayıt-2” – “Zaqatala” oyununda diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

14-cü turun “Sabah-2” – “Keşlə-2” oyununda görüş öncəsi “Keşlə-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;

24-cü turun “Turan Tovuz” – “Neftçi-2” oyununda görüş öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

“Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

24-cü turun “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçusu Cavid Nəcizadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Sabah-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur.