
“Biz dünya çempionu ola bilərik” – Braziliya prezidenti
Braziliyanın prezidenti Luis İnasio Lula da Silva ölkəsinin milli komandasının 2026-cı il dünya çempionatını qazanmağa qadir olduğuna inanır.
Komanda.az xəbər verir ki, Braziliya lideri “TV Brasil” kanalında yayımlanan “Sem Censura” proqramında çıxışı zamanı komandanın potensialını dəyərləndirib:
“Biz dünya çempionu ola bilərik. Ən yüksək səviyyədə olmasaq da, digərləri də deyil.
Komandamız dünya çempionu ola bilər… Problem ondadır ki, komandada əvvəlki kimi kumir yoxdur. Bu gənclər bunu bilməlidirlər: onlar 215 milyon əhalisi olan bir ölkə üçün oynayırlar. Və bu gənclər məşhurlaşmamışdan əvvəl kim olduqlarını həmişə xatırlamalıdırlar.
Milli komandanın formasını geyinən sağçı siyasətçilər məni narahat etmir. Braziliya formasını geyinəcəm, çünki mən braziliyalıyam, onlar doğulmamışdan əvvəl azarkeş olmuşam. 1954-cü ildə İsveçrə millisinə uduzanda artıq azarkeş idim”.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



