“Bu, “Dəhşətli Liqa”dır” – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Super Liqasından danışıb.

Komanda.az “Corriere della sera”ya istinadən xəbər verir ki, Avropanın futbol qurumunun rəhbəri, Super Liqanı “dəhşətli liqa” adlandırıb:

“UEFA-nın monopoliya olduğuna qərar versələr, o zaman bu üç klub (“Real”, “Barselona” və “Yuventus”) öz UEFA-larını yaradacaq və öz yarışlarında oynayacaqlar. Niyə onlar bizimlə qalmalıdırlar?

Həm orda, həm də burda olmaq istəyirlər. Amma belə olmur, bu, bir növ metafizikadır. Məncə, onlar bizim planetin düz olduğunu düşünürlər.

Gəlin bunu “Super Liqa” adlandırmaqdan vaz keçək. Bu, “Dəhşətli Liqa”dır.

UEFA və “Juventus” fərqli təşkilatlardır. Bu adam haqqında (“Yuventus”un prezidenti Andrea Anyelli) daha danışmayacam. Bu adam mənim üçün keçmişdir”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button