“Bu cür davam etmək istəyirik” – Belçika millisinin baş məşqçisi

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub etdikləri AÇ-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis matçda dörd qol vuran Romelu Lukakunu tərifləyib:

“Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Amma biz təvazökar qalmalı və çox çalışmaqda davam etməliyik.

Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Başqa komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram.

Romelu Lukaku çox sərrast görünür. O, fantastik hücumçudur”.

Belçika yığması F qrupunda 20 xalla birinci yeri tutub. Azərbaycan millisi isə 7 xalla qrupu 4-cü pillədə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button