“Bu, “Bayern”i “taxt”dan salmağın yeganə yolu idi” – Keçmiş futbolçu

“Bayern”in sabiq qapıçısı Oliver Kan “Bayer”in Bundesliqadakı qələbəsini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisinin keçmiş qolkiperi “Bayer”in Bundesliqada əla mövsüm keçirdiyini bildirib:

“Bayer” Bundesliqada əla mövsüm keçirdi. Onlar inanılmaz qələbə seriyasındadırlar, mütəmadi olaraq sonda və ya uzatma dəqiqələrində vurulan qollarla qalib gəlirlər. Bu, “Bayern”i “taxt”dan salmağın yeganə yolu idi.

Bu, “Bayern”ə olan hörməti bir qədər azaltdı. Amma etiraf etmək lazımdır ki, Münhen komandası əsrin mövsümünü yaşayır. Avropada hər şey fərqlidir. Komandanın Çempionlar Liqasında yarımfinala yüksəlmək şansı var”.

Həftəsonu Xabi Alonsonun komandası “Verder”i 5:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə ölkə çempionluğu titulunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button