Jurnalistdən “Arsenal” azarkeşlərinə sual: “İndi də mənə gülürsüz?”

Britaniyalı jurnalist Pirs Morqan hücumçu Kriştiano Ronaldonun “Arsenal”a keçməklə London klubuna kömək edə biləcəyini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın baş məşqçisi Mikel Arteta və futbolçusu Martin Odeqardın fikirlərini diqqətə çatdırıb:

“Keçən il Ronaldonun “Mançester Yunayted”dən ayrıldıqdan sonra “Arsenal”a keçməsini və bu transferin əla olacağını deyəndə “topçular”ın azarkeşləri mənə gülürdülər. İndi də mənə gülürsüz?

Qabriel Jesusun zədələndiyi vaxt Ronaldonun hücumun mərkəzində oynaya bilməyəcəyini və komandaya qələbələr qazandırmayacağını necə düşünürlər?

Kriştiano sadəcə paltardəyişmə otağında otursa, gənc futbolçuların hamısı motivasiyalı olacaqlar. Bu, qalib gəlməyin formulu ola bilərdi. 2022/23 mövsümü ilə bağlı baş məşqçi Mikel Arteta və kapitan Martin Odeqardın fikirlərini bəyənirəm. Onlar mövsümün nə qədər çətin və əla keçdiklərini deyiblər. Odeqard həmin çətinliklərdən dərs çıxaracaqlarını da bildirib”.

Xatırladaq ki, “Arsenal” 2022/23 mövsümünü 84 xalla ikinci pillədə bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button