Koronavirusa yoluxan futbolçu karantin qaydalarını pozdu, qəzaya düşdü

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Luis Adriano koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçunun aprelin 1-də verdiyi koronavirus testinin nəticəsi müsbət olub. Bu barədə Adriano “instagram” hesabında paylaşım edib.

Adriano koronavirusa yoluxmasına baxmayaraq, anasını maşınla mağazaya apararkən, bir velosipedçini vurub. Qəzada ciddi yaralanan olmayıb. Hücumçu, infeksiyaya yoluxmasına baxmayaraq, çölə çıxaraq karantin qaydalarını pozub. Braziliyalı futbolçuya qarşı inzibati tədbir görüləcək.

Adriano daha əvvəl Ukraynada “Şaxtyor” (Donetsk), İtaliyada “Milan”, Rusiyada “Spartak”da çıxış edib.