Raulun əvəzinə Halk

Braziliyalı futbolçu Halk karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “Vulverhempton” klubunun diqqət mərkəzinə düşüb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisi bir müddət əvvəl zədələnən və əməliyyat olunan hücumçu Raul Ximenesin yerinə Halkı transfer etmək niyyətindədir.

Son olaraq Çinin “Şanxay SİPQ” klubunda çıxın edən Halk hazırda azad agentdir. Hücumçu Braziliya yığmasında 48 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button