“Aquero “Barselona”da rəqabətə hazır olacaq”

Braziliya milli komandasının və “Barselona”nın sabiq futbolçusu Rivaldo açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, keçmiş hücumçu, “Mançester Siti”nin futbolçusu Serxio Aqueronun “Barselona”ya mümkün keçidi haqda fikirlərini bildirib:

“Serxio “Mançester Siti”də möhtəşəm oynadı. Hələ oynaması üçün daha çox vaxtı var. Aquero “Barselona”da rəqabətə hazır olacaq. “Barselona”ya keçsə, əla transfer olacaq”.

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanan Aqueronun “Barselona”ya keçəcəyi gözlənilir.