Halk qəza keçirdi

Braziliya milli komandasının sabiq futbolçusu Halk avtomobil qəzası keçirib.

Komanda.az xəbər verir ki, hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən hücumçu motosikletlə toqquşub. Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb. Qəzada xəsarət alan olmayıb.

Halk bu ilin fevralında “Atletiko Mineyro”ya keçib.

34 yaşlı futbolçu daha əvvəl Portuqaliyada “Portu”, Rusiyada “Zenit” kimi klublarda çıxış edib. Halk Braziliya yığmasında 48 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button