Braziliya klubunun 6 futbolçusu koronavirusa yoluxdu

Braziliyanın “Flamenqo” klubunda 6 futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ekvadorda olan komandada 6 futbolçunun koronavirus testinin nəticəsinin pozitiv olduğu bildirilib. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb. Onların xəstəliyin simptomlarını daşımadığı qeyd olunub. Həmin futbolçular karantinə alınıb.

“Flamenqo” Libertadores Kuboku çərçivəsində Ekvadorun “Barselona” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button