“Neftçi”nin təklifini gözləmirdim” – Müsahibə

“Neftçi”nin albaniyalı futbolçusu Bruno Teluşi ölkəsinin mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi “ağ-qaralar”a keçidi və digər məsələlər barədə danışıb:

– “Partizani”dən “Kukesi”yə keçdikdən az sonra “Neftçi”yə transfer olunduz. Bu necə baş verdi?
– Düzü, “Partizani”ni gözləyirdim. Sonra “Kukesi”dən təklif gəldi, qətiyyətli olduqlarını görüb razılaşdım. “Neftçi”nin təklifini isə gözləmirdim. Onlarla danışıq prosesi gözlədiyimdən də sürətli alındı. Yeni macəraya başlamağa artıq hazıram.

– “Kukesi”ni bu keçidə necə razı saldız? Müqavilədə ayrılmağınızla bağlı maddə var idi?
– “Kukesi” ilə sürətli həll yolu tapdıq. Bəli, müqavilədə belə bir bənd var idi. “Kukesi” mənə heç bir maneçilik törətmədi, əksinə, vəziyyəti daha da asanlaşdırdı.

– Azərbaycanda müharibə şəraitidir. Bu sizi qorxutmur?
– Düzdür, Dağlıq Qarabağda müharibə şəraiti hökm sürür. Lakin indiki vəziyyət məni qətiyyən narahat etmir, qorxmağa əsas yoxdur. 

– Albaniyadan tam fərqli bir mühitə uyğunlaşa biləcəksinizmi?
– Hər bir futbolçu xaricdə macəra yaşamaq istəyir. Bu, böyük addım atmaq və özünüzü göstərmək üçün bir fürsətdir. Mənim də istəyim budur. Buna görə özümü xoşbəxt hiss edirəm. Karyeramda irəliləmək şansım var. Yaxşı kluba gəldiyim üçün burada hər şey ürəyimcədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button