“Qalatasaray”ın keçmiş baş məşqçisi “Borussiya”da

Son olaraq Yunanıstan millisini çalışdıran Mixael Skibbenin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, alman mütəxəssisə Dortmund “Borussiya”sında iş verilib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Skibbe “Borussiya”nın 19 yaşlılardan ibarət komandasına rəhbərlik edəcək. 53 yaşlı mütəxəssis yeni işinə 1 iyul tarixindən etibarən başlayacaq.

Məşqçi karyerası ərzində “Qalatasaray”, “Ayntraxt”, “Əskişəhərspor”, “Herta” kimi klublarda çalışan Skibbenin son iş yeri Yunanıstan millisi olub.

Alman mütəxəssis 2018-ci ilin oktyabrından işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button