“Bornmut”un futbolçusu koronavirusa yoluxdu

İngiltərənin “Bornmut” klubunun qapıçısı Aaron Remsdeyl koronavirusa yoluxub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə 22 yaşlı futbolçu özü məlumat verib:

“Keçən bazar ertəsi günü məşqə başlamamışdan əvvəl verdiyim testlərdə nəticəm neqativ idi. Həmin gündən sonra supermarketə getdim və maşınıma benzin doldurtmuşam. Nəticəsi neqativ olan ilk testlə ikincisi arasında 3 gün fərq var. Çölə çıxarkən qaydalara əməl etmişdim, bu, mənim üçün şok oldu. İndi 7 gün karantində qalmalıyam”.